Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində

17:29 - 16 / 03 / 2023
Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində

Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.

Bu barədə 1news.az-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.

Onun sözlərinə görə, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir. Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub”.

Bildirilib ki, filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Filmi Zöhrə Kərimi səsləndirib. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir. “ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.

Paylaş:
233

Son xəbərlər

Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıbBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:58Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54
Bütün xəbərlər