Unikallığın son vurğusu – CHANGAN UNI-V artıq Azərbaycanda! - FOTO
Ölkəmizdə CHANGAN brendinin "yenilikçi" UNI seriyasına olan maraq getdikcə genişlənir. Buna brendin son illərdə olan satış göstəriciləri də əyani sübutdur. Bu xəttdə mövcud olan UNI-T və UNI-K modelinə, bu seriyanın son, lakin ilk sedan modeli UNI-V də qoşuldu.
9 mart tarixində UNI-V modelinin Azərbaycanda rəsmi təqdimatı baş tutdu. Ölkəmizdə ilk dəfə fərqli formatda təşkil olunan təqdimat mərasimi Heydər Əliyev Mərkəzində keçirilmişdir. Gecənin qonaqlarını möhtəşəm əyləncəli proqram, lazer şou, müxtəlif oyunlar və musiqili şou proqram müşayiət etdi.
Gecəyə əsas damğanı vuran UNI-V-nin səhnəyə çıxışı qonaqların xoş təəccübünə səbəb oldu. Yenilikçi olması, dinamikliyi ilə seçilən UNI seriyasının bu modelinin təqdimatı ailənin “son beşiyinə” uyğun şəkildə xüsusi vurğulanacaq məqamlarla yadda qaldı.
Təqdimatın sonunda qonaqların avtomobilin sınaq sürüşünü etməsi üçün xüsusi şərait yaradılmışdır. İştirakçılar Heydər Əliyev Mərkəzində ayrılan xüsusi yolda rahat bir şəkildə avtomobilləri sınaqdan keçirə bildilər.
Changan UNI seriyasının ilk sedanı olan UNI-V modeli kompakt ölçülərə malikdir. Uzunluğu 4680 millimetr, eni - 1838 millimetr, hündürlüyü - 1430 millimetrdir. Seçilən daxili və xarici interyeri ilə bu avtomobili idarə edərkən özünüzü şəxsi kosmik gəminizdə hiss edəcəksiniz.
Yeni sedanı UNI krossoverləri ilə çərçivəsiz radiator barmaqlığı, nazik fənərləri, çıxıntılı yan tərəfi və geri çəkilə bilən qapı tutacaqları olan dizaynı birləşdirir. Changan UNI-V-18-düymlük təkər disklərinə, arxa bamperdəki böyük diffuzora və buraxılış sisteminin iri borularına malikdir və bunların hamısı idman görünüşü yaradır.
Salonda sürücünün yorğunluğuna nəzarət edən, üzləri və jestləri tanıyan Face ID sisteminə qoşulan xüsusi kamera var. Avtomobil, həmçinin bir sıra təhlükəsizlik sistemləri, o cümlədən zolaq saxlama sistemi, yol nişanlarının oxunması, piyadaların tanınması və bir çox başqa sistemlərlə təchiz olunub.
Ölkəmizə avtomobil 2 təchizatda gətirilib. İstehsalçı yeni modeli 7 pilləli avtomat sürət qutusu ilə və 1.5 litrlik turbo mühərriklə təchiz etmişdir. Avtomobilin ən yüksək təchizatı 42.900 AZN dəyərində təklif olunur.
Eyni zamanda UNI seriyası üçün nəzərdə tutulan 6 il və 250.000 km zəmanət yeni model üçün də keçərli olacaq.
Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azəbaycana müraciət edin!
Ətraflı məlumat üçün:
*5544
Babək pr., 74
Reklam hüququnda