Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - FOTO

Qafar Ağayev12:57 - 16 / 03 / 2023
Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb.

1news.az xəbər verir ki, yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi qulluqçuların fərdi hazırlığı yoxlanılıb.

Yoxlamanın yekun nəticələrinə əsasən döyüş hazırlığında fərqlənən bölmələrin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq çatdırılıb.

Sonda nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə və fəxri fərmanlar təqdim edilib.

Paylaş:
322

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər