Hərbi institutun kursantları ilə praktiki təlim keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi institutun kursantları ilə praktiki təlim keçirilib - FOTO - VİDEO

Qafar Ağayev13:18 - 17 / 03 / 2023
Hərbi institutun kursantları ilə praktiki təlim keçirilib - FOTO - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə "praktiki dəniz təlimi" keçirilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranış, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib.

Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər