TƏBİB: Vərəmdən ölüm göstəriciləri sabit qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Vərəmdən ölüm göstəriciləri sabit qalıb

15:24 - 17 / 03 / 2023
TƏBİB: Vərəmdən ölüm göstəriciləri sabit qalıb

2015-2022-ci illərdə 100 min əhali üzrə göstəricilərə görə, Azərbaycanda vərəm xəstəliyindən əziyyət çəkənlərin sayında azalma müşahidə edilib.

1news.az xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.

Onun sözlərinə görə, ÜST-ün məlumatına əsasən, son 10 ildə vərəmdən ölüm halları 1.4 milyonu aşmayıb, lakin COVİD dönəmində 1.6 milyonu keçib:

“Bu da o deməkdir ki, vərəm daim nəzarət tələb edən və miqrasiya edən infeksion xəstəlikdir. Bu gün dünyanın ən önəmli səhiyyə problemlərindən biridir, eynən Azərbaycan üçün də bu, belədir.

Bu istiqamətdə aparılan işlər nəticəsində 2015-2022-ci illərdə 100 min əhali üzrə göstəricilərə görə, Azərbaycanda ölüm göstəriciləri sabit qalıb”.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər