Qarabağ Dirçəliş Fondu yeni multifunksional saytını təqdim etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu yeni multifunksional saytını təqdim etdi

Qafar Ağayev17:34 - 17 / 03 / 2023
Qarabağ Dirçəliş Fondu yeni multifunksional saytını təqdim etdi

Qarabağ Dirçəliş Fondunun www.qdf.gov.az ünvanında yerləşən rəsmi internet saytının yeni multifunksional versiyası istifadəyə verilib.

Fonddan 1news.az-a verilən məlumata görə, saytın yenilənməsində məqsəd ilk öncə istifadəçi rahatlığını (UX/UI) təmin etmək, Fondun fəaliyyəti ilə bağlı ətraflı məlumatları şəffaf şəkildə ictimayyətə çatdırmaq, ianələrin edilməsi üçün yeni imkanlar yaratmaq və nəticədə cəmiyyətin Qarabağın bərpası prosesində iştirakçılığını artırmaqdır.

İstifadəçi rahatlığını təmin etmək üçün həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilən və daha müasir proqram təminatlarından istifadə olunan sayt 4 əsas bölmədən (“Haqqımızda”, “Fəaliyyət”, “Media mərkəzi” və “İanə imkanları”) və onların müvafiq altbölmələrindən ibarətdir.

Belə ki, “Haqqımızda” bölməsində Fond haqqında ümumi məlumat, missiya və məqsədləri, strukturu və Fondla əlaqə haqqında ətraflı məlumatlar əks olunub.

Eyni zamanda burada özündə Fondun müvafiq maliyyə və digər hesabatlarını və normativ sənədlərini əks edən “Sənədlər” altbölməsi də yer alıb.

“Fəaliyyət” bölməsində Fondun növbəti illər üçün prioritetləri və həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumatları əks edən “Prioritetlər”“Layihələr” altbölmələri ilə tanış olmaq mümkündür.

“Media mərkəzi” bölməsində Fondun fəaliyyəti haqqında son xəbərlər və Fonda ianə edən qurum və şəxslərin (donorların) siyahısı ilə tanış olmaq mümkündür.

“İanə imkanları” bölməsində müxtəlif ianə imkanları əks olunub.

Burada artıq ənənəvi hesab edilən kart, ödəniş terminalları, bank mobil tətbiqləri, SMS, onlayn platformalar və bank köçürmələri vasitəsi ilə ianə imkanları təqdim olunub.

Bununla bərabər əlamətdar günlər - Novruz bayramı, 8 mart – Beynəlxalq Qadınlar Günü, 28 May – Müstəqillik Günü, Bilik Günü, Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, eləcə də Doğum günü münasibətilə “İanəni hədiyyə et” altbölməsi də əlavə olunub.

Qeyd edək ki, müxtəlif bayramlar üçün ideal hədiyyə hesab edilə bilən, xüsusi dizaynlara malik hədiyyə ianə sertifikatlarında hədiyyə edən, eləcə də hədiyyəni alan şəxslərin adlarını göstərmək mümkündür.

Hədiyyəni həm pul, həm də işğaldan azad olunmuş ərazilər üçün ağac ianə etməklə təqdim etmək mümkündür.

Qeyd olunmalıdır ki, saytda Fondun Facebook, Twitter, LinkedInİnstagram sosial şəbəkələrində rəsmi hesablarına keçidlər də əks olunub.

Hazırda sayt test rejimində yalnız Azərbaycan dilində təqdim edilib. Yaxın günlərdə saytın ingilis dilində olan versiyası da ictimaiyyətə təqdim ediləcək.

Paylaş:
377

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər