TECNO yeni məhsullarını Mobile World Congress- də (MWC 2023) təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TECNO yeni məhsullarını Mobile World Congress- də (MWC 2023) təqdim etdi - FOTO

17:43 - 17 / 03 / 2023
TECNO yeni məhsullarını Mobile World Congress- də (MWC 2023) təqdim etdi - FOTO

Fevral ayının 27-də hər il mobil və telekommunikasiya texnologiyaları üzrə dünya liderlərini öz dizaynlarını nümayiş etdirmək və texnologiyanın gələcəyini müzakirə etmək üçün bir araya gətirən Mobile World Congress (MWC), açıq elan edilmişdir. Barselonanın nəhəng konqres mərkəzində keçirilən dörd günlük sərgi mobil texnologiya sənayesində dünyanın ən böyük və ən nüfuzlu tədbiridir. Bu il TECNO brendi sərgidə debüt edərək, bir sıra yeni cihaz və texnologiya təqdim edib, bunlardan PHANTOM V Fold smartfonunu, SPARK 10 Pro smartfonunu, 13-cü nəsil Intel Core prosessoru əsasında yenilənmiş MEGABOOK S1 2023 noutbukunu, eləcə də innovativ Chameleon rəng dəyişdirmə texnologiyasını qeyd etmək olar.

Belə ki, tədbirdə, TECNO Phantom V Fold adlanan öz ilk qatlana bilən displeyli smartfonunu təqdim etmişdir. Yeni smartfon 2296x2000 piksel təsvir ölçülü, 120 Hz yenilənmə tezlikli, 7,85” diaqonallı əsas qatlana bilən displey ilə təchiz edilmişdir. Həmçinin, burada arxa korpusun, demək olar ki, yarısını əhatə edən 2520x1080 təsvir ölçülü 6,42” və üzərindən 32 MP və 16 MP-lik iki ön kamera yerləşən ikinci ekran da mövcuddur. Qeyd etmək lazımdır ki, displey davamlı Gorilla Glass Victus şüşəsi ilə qorunur, korpusun qalan hissəsi isə eko-dəridən hazırlanıb.

Phantom V Fold üç sensordan ibarət üçlü kamera ilə təchiz olunmuşdur ki, bunlardan 50MP əsas kameranı, 50MP telefoto obyektivi (2x optik zoom) və 13MP ultra geniş bucaqlı sensoru qeyd etmək olar. Smartfonda batareyanın tutumu 5000 mAh təşkil edir ki, bu da kifayət qədər uzun müddət enerji doldurumuna ehtiyac olmadan işləmək imkanı təqdim edir.

Həmçinin, konfransda brendin digər yeni smartfonu olan Spark 10 Pro da təqdim olunub. Artıq Azərbaycan bazarında da mövcud olan yenilik, 2460 x 1080 təsvir ölçüsünə və 90 Hz yenilənmə tezliyinə malik 6,8” böyük IPS ekranla təchiz edilib.

Smartfonun arxa paneli ulduzlu səmanı xatırladan unikal üslubda hazırlanıb. Burada həm də iki sensor və LED flaşı olan düzbucaqlı kamera bloku mövcuddur. Əsas sensor 50 meqapiksellik icazə ilə çəkir, ön kamera isə ikili LED flaş və 32 MP-lik matrislə təchiz olunub.

Qurğunun texniki əsasını 8 QB RAM və 256 QB daxili yaddaşla müşayiət olunan Helio G88 çipseti təşkil edir. Həmçinin smartfon 5000 mAh tutumlu akkumulyatorla və 18 vatt güclü sürətli doldurma cihazı ilə təmin edilmişdir.

TECNO-dan yeni məhsullar haqqında danışırıqsa, PHANTOM X2 və PHANTOM X2 Pro-nu qeyd etməyə bilmərik. Smartfonlar yuvarlaq kənarları olan incə dizayn sahibləniblər. Yüksək keyfiyyətli plastik və şüşədən ibarət korpusda ön tərəfdə 2400 × 1080 piksel təsvir ölçülü 6,8” və 120 Hz yeniləmə tezliyinə malik olan ekran yerləşdirilmişdir. Sözü gedən AMOLED displeyin tərəf nisbəti 20:9, nöqtə sıxlığı isə 387 ppi-dir. Ekranda f/2.5 işıq gücünə malik 32 MP ön kamera yer alıb.

PHANTOM X2 əsas kamerası 64 MP-dir. O, zəif işıqda fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün RGBW pikselləri və Quad-Bayer texnologiyasından istifadə edir. Blokun ikinci matrisası, makro kamera kimi istifadə edilə bilən 13 meqapiksellik PDAF ultra geniş bucaqlı kamera kimi təqdim edilib. Burada üçüncü sensor isə 2 meqapiksellik kameradır. Lakin, PHANTOM X2 Pro üçün brend unikal xüsusiyyət təqdim edib, belə ki, f / 1.49 optika ilə təchiz edilmiş telefoto linza, istifadə zamanı avtomatik olaraq telefon korpusundan qabağa doğru sürüşdürülür və 2,5x zoom-u təmin edir. Qeyd edilən bu funksiya indiyə qədər heç bir smartfonda istifadə edilməmişdir.

TECNO smartfonlarını elə indi Baku Electronics, Kontakt Home, İrşad Electronics, Soliton, Optimal, Maxi.az, Music Gallery, Wentto Electronics, World Telecom, ByTelecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
189

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV