Bakıda mağazada kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağazada kütləvi zəhərlənmə olub

10:22 - 18 / 03 / 2023
Bakıda mağazada kütləvi zəhərlənmə olub

Bakıda mağazada kütləvi zəhərlənmə qeydə alınıb.

1news.az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada işləyən – 1997-ci il təvəllüdlü Zamanlı Arzu Bəbir qızı, 2000-ci il təvəllüdlü Quliyeva Rəşidə Yusif qızı, 1996-cı il təvəllüdlü Rəhimli Lalə Hüseyn qızı, 2000-ci il təvəllüdlü Kərimli Aydan Xalıq qızı iş vaxtı qəbul etdikləri qidadan zəhərlənərək 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər