Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTO

15:23 - 20 / 03 / 2023
Kamran Əliyev İlyas İsmayılovla görüşüb, medal təqdim edib - FOTO

Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər