Abşeronda qadına qarşı soyğunçuluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda qadına qarşı soyğunçuluq edilib

16:45 - 20 / 03 / 2023
Abşeronda qadına qarşı soyğunçuluq edilib

Abşeronda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 16-da Xırdalan şəhəri ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini S.Bəkirov saxlanılıb.

Araşdırmalarla onun daha bir qadının içərisində pulu, bank kartları, sənədləri olan pul qabısını, həmçinin həmin qadının həyat yoldaşının bank kartından 100 manatını oğurlaması da müəyyən olunub.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər