Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEO

11:11 - 20 / 03 / 2023
Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEO

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
253

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər