Qubada keçmiş polis əməkdaşının avtomobillə vurduğu kişi 5 gün sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada keçmiş polis əməkdaşının avtomobillə vurduğu kişi 5 gün sonra ölüb

12:29 - 21 / 03 / 2023
Qubada keçmiş polis əməkdaşının avtomobillə vurduğu kişi 5 gün sonra ölüb

Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.

1news.az xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər