Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTO

Qafar Ağayev11:31 - 22 / 03 / 2023
Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTO

Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər