Xoyda baş verən zəlzələ Naxçıvanda hiss olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Xoyda baş verən zəlzələ Naxçıvanda hiss olundu

09:06 - 24 / 03 / 2023
Xoyda baş verən zəlzələ Naxçıvanda hiss olundu

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər