Yazıçı-publisist Nemət Veysəlli vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yazıçı-publisist Nemət Veysəlli vəfat edib

16:01 - 25 / 03 / 2023
Yazıçı-publisist Nemət Veysəlli vəfat edib

Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat yayıb.

Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib.

"Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.

O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.

Allah rəhmət eləsin!

Paylaş:
241

Son xəbərlər

Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib05 / 06 / 2023, 16:16Naxçıvana ucuz uçuşlar təşkil ediləcək05 / 06 / 2023, 16:02Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO05 / 06 / 2023, 15:57Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb05 / 06 / 2023, 15:54Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək05 / 06 / 2023, 15:45Naxçıvanda azad iqtisadi zona yaradılacaq05 / 06 / 2023, 15:30Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq05 / 06 / 2023, 15:22Prezidentdən Naxçıvanla bağlı - Sərəncam05 / 06 / 2023, 15:19Arvadını öldürməyə cəhd edən şəxs həbs edildi05 / 06 / 2023, 15:12Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb - VİDEO05 / 06 / 2023, 15:06
Bütün xəbərlər

Next TV