Ötən gün ölkədə müxtəlif cinayətlərin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ölkədə müxtəlif cinayətlərin üstü açılıb

10:30 - 25 / 03 / 2023
Ötən gün ölkədə müxtəlif cinayətlərin üstü açılıb

Martın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

1news.az DİN-in mətbuat xidmətindən verilən məlumata istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 18, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər