Sərhədi pozan pakistanlılar saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədi pozan pakistanlılar saxlanıldı

10:56 - 25 / 03 / 2023
Sərhədi pozan pakistanlılar saxlanıldı

Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan vətəndaşı saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər