Sosial mediada “Atalar sözləri gender bərabərliyi kontekstində” mövzusunda kampaniya keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial mediada “Atalar sözləri gender bərabərliyi kontekstində” mövzusunda kampaniya keçirilib - FOTO

14:19 - 27 / 03 / 2023
Sosial mediada “Atalar sözləri gender bərabərliyi kontekstində” mövzusunda kampaniya keçirilib - FOTO

Gündəlik həyatda bir çox insan bu və ya digər vəziyyətlərdə müxtəlif “atalar sözləri”nə istinad edir, onları öz nitqinin bir parçasına çevirir.

Lakin etiraf etmək lazımdır ki, şifahi xalq ədəbiyyatının zəngin və əvəzolunmaz nümunəsi olan və müəllifliyi kişilərə aid edilən bu kəlamların içərisində elə ifadələr var ki, cəmiyyətdə patriarxal əhval-ruhiyyənin şiddətlənməsinə və bununla da gender bərabərsizliyinə və hətta qadın və qızlara qarşı zorakılığa haqq qazandırır.

Bununla bağlı olaraq, BMT-nin Əhali Fondu (UNFPA) Avropa İttifaqının (Aİ) dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə cəmiyyətdə patriarxal normaların və gender bərabərsizliyinin güclənməsinə töhfə verən bir sıra “atalar sözləri”nin zərərli təsirinin qarşısının alınması istiqamətində sosial şəbəkələrdə maarifləndirici kampaniya həyata keçirib.

Kampaniya çərçivəsində düşüncələrdə qərəzli stereotiplərin kök salmasına şərait yaradan “atalar sözləri”ndən bəziləri gender bərabərliyinə uyğun şəkildə transformasiya edilib. “Qızını döyməyən dizini döyər”, “Od qalar, söz olar, qız qalar, köz olar”, “Qadının gücü göz yaşındadır”, “Pendiri dəri saxlar, arvadı əri” və s. kimi özündə gender stereotiplərini ehtiva edən məsəllər “Qızını sevməyən dizini döyər”, “Od yanar, alovlanar, qız oxuyar, güclənər”, “Qadının gücü sərhəd tanımır”, “Pendiri dəri saxlar, ər-arvad bir-birini” kimi dəyişdirilərək mövzuya uyğun illüstrasiyalarla işlənilib və simvolik olaraq “analar sözləri” kimi sosial şəbəkə istifadəçilərinin müzakirəsinə təqdim edilib. Artıq qadınların da kişilərlə bərabər əsaslarda təhsil aldığı, gəlirli sahələrdə çalışdığı, ailənin maddi rifahının təmin edilməsi üçün əhəmiyyətli töhfə verdiyi bir vaxtda bu kəlamların istifadəsi cəmiyyətdə gender bərabərliyi istiqamətində olan irəliləyişlərə kölgə salır. Məhz bu səbəbdən, bu cür kəlamların xəyali “analar sözləri” kimi cinsindən asılı olmayaraq hər bir övlada dəyər verməyi, qadınların hüquqlarına hörmət etməyi aşılayan ifadələrlə dəyişdirilib ictimaiyyətə təqdim edildiyi kampaniyaya sosial şəbəkələrdə məşhur şəxslər və populyar səhifələr də dəstək olub.

Kampaniyaya qoşulmuş tanınmış sosial şəbəkə istifadəçiləri öz paylaşımlarında gündəlik həyatda çox zaman fərqində olmadan bu cür stereotipik məsəl və ifadələrə yer verilməsi ilə fərdlər, ailələr və ümumilikdə cəmiyyət üçün zərərli sosial normaların daha çox təbliğ edildiyini qabardaraq cəmiyyətin hər bir fərdini bu zərərli təcrübələrlə mübarizəyə səsləyiblər.

Kampaniya Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib.

Paylaş:
174

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:33DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06
Bütün xəbərlər

Next TV