Sabah külək güclənəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Qafar Ağayev16:17 - 27 / 03 / 2023
Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər