Binəqədi rayonunda evdən iki meyit aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi rayonunda evdən iki meyit aşkarlanıb

09:26 - 27 / 03 / 2023
Binəqədi rayonunda evdən iki meyit aşkarlanıb

Bakıda evdən iki meyit tapılıb.

1news.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın da meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər