İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib

Qafar Ağayev15:32 - 28 / 03 / 2023
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Şirkətdən 1news.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub.

Şirkətin baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq qeyd edib ki, iş əmsalının daha da yüksəldilməsi məqsədilə Kommersiya departamentinin marketinq üzrə meneceri Fərid Əhmədovun həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra Fərid Əhmədov namizədliyi irəli sürülən vəzifədə görüləcək işlər haqqında danışıb, gələcək planlarını təqdim edib. Müzakirələrdən sonra onun Kommersiya departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.

Daha sonra şirkətin 2022-ci il üzrə maliyyə hesabatı müzakirə edilib. Maliyyə və mühasibat uçotu departamentinin direktoru Əfsər Dadaşov hesabat barədə danışıb, Şirkətin gəlir və xərclərindən bəhs edib.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova fikir və təkliflərini səsləndiriblər. Şura üzvlərinin müvafiq sualları cavablandırılıb.

Hesabat qənaətbəxş qiymətləndirilib.

Paylaş:
299

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər