Qohum olmayanların donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohum olmayanların donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək

15:29 - 29 / 03 / 2023
Qohum olmayanların donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək

Qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək.

1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O bildirib ki, komissiyanın 5 üzvü olacaq:

“Üzvlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən də nümayəndə olacaq. Komissiya tərəfindən həqiqətən donorluğa ehtiyac olub-olmadığı müəyyənləşəcək”.

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər