Azərbaycanda COVID-19-a neçə nəfər yoluxub və nə qədər insan peyvənd olunub? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19-a neçə nəfər yoluxub və nə qədər insan peyvənd olunub?

16:37 - 29 / 03 / 2023
Azərbaycanda COVID-19-a neçə nəfər yoluxub və nə qədər insan peyvənd olunub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 246 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 38, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər