Fazil Mustafadan ilk - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Fazil Mustafadan ilk - Açıqlama

09:26 - 29 / 03 / 2023
Fazil Mustafadan ilk - Açıqlama

Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib.

1news.az “Haqqın.az”a istinadən xəbər verir ki, F. Mustafa açıqlamasında bunları deyib:

“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım” .

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağımı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram”.

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edib: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə “Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Paylaş:
425

Son xəbərlər

BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib05 / 06 / 2023, 16:16Naxçıvana ucuz uçuşlar təşkil ediləcək05 / 06 / 2023, 16:02Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO05 / 06 / 2023, 15:57Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb05 / 06 / 2023, 15:54Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək05 / 06 / 2023, 15:45Naxçıvanda azad iqtisadi zona yaradılacaq05 / 06 / 2023, 15:30Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq05 / 06 / 2023, 15:22Prezidentdən Naxçıvanla bağlı - Sərəncam05 / 06 / 2023, 15:19
Bütün xəbərlər

Next TV