Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qafar Ağayev13:36 - 30 / 03 / 2023
Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər