Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”

Ayşən İsmayılova09:30 - 31 / 03 / 2023
Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”

“19-cu əsrin sonlarından başlayaraq böyük güclərin dəstəyi ilə yaradılan terror təşkilatlarının qarşısında bir hədəf var idi-Türk-müsəlman xalqını məhv etmək, onların yaşadığı ərazilərdə özlərinə dövlət qurmaq”.

Bunu 1news.az-a 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Çox təəssüf ki, 20-ci əsrin əvvəllərində də bu siyasət ermənilər tərəfindən davam etdirildi. 1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi. Həm Azərbaycanın şimalında, həm də cənub rayon və şəhərlərində onminlərlə Azərbaycanlı amansızcasına qətlə yetirildi və onlara qarşı soyqırım həyata keçirildi.

Bu siyasət Sovetlər dövləti yarandıqda da davam etdirildi. Forma dəyişsə də, məqsəd, məram eyni idi. Deportasiyalar nəticəsində Qərbi-Azərbaycanlılar öz dədə-baba yurdlarında didərgin düşdülər. Eyni zamanda Azərbaycanın düşünən, savadlı, milli düşüncəyə malik olan ziyalıları Sibirə sürgün edildilər və ya qətlə yetirildilər. Bu deportasiya 1988-ci ilədək davam etdirildi və Azərbaycanlılıar Qərbi-Azərbaycandan tamamilə çıxarıldı".

Birinci Qarabağ müharibəsi zamanı soyqırım siyasətinin yenidən şahidi olduğumuzu söyləyən N.Həmzəyev Qaradağlı, Xocalı, Ağdaban,Ballıqaya, Başlıbel faciələrini də xatırlatdı.

“Bu zaman da Azərbaycanlılar qətlə yetirildilər. Bu soyqırım başqa bir formada növbəti 30 il müddətində də həyata keçirildi. Azərbaycanın tarixi torpaqları işğal edildikdən sonra bu ərazilərdə bütün infrastruktur məhv edildi, tarixi-mədəni abidələrimiz dağıdıldı və ya özününküləşdirildi. Həmçinin təbiətimiz məhv edildi, vandalizm və ekosid kimi cinayətlər həyata keçirildi”.

Deputat Azərbaycanlılara qarşı həyata keçirilən bu siyasətin İkinci Qarabağ savaşı zamanı müəyyən dərəcədə dayandırıldığını qeyd edib.

“İkinci Vətən müharibəsini gedişində ermənilər bu xislətlərini davam etdirərək dinc sakinləri yenidən hədəf aldılar. Gəncə, Bərdə, Naftalan və digər rayon və şəhərlərimiz uzaqmənzilli raketlərlə atəşə tutuldu. Çoxlusayda dinc sakin qətlə yetirildi. Qəhrəman və rəşadətli zabit və əsgərlərimiz İkinci Qarabağ savaşında zəfər çalaraq ermənilərin 1 əsrdən çox müddət ərzində həyata keçirdikləri bi siyasəti dayandırmaqla eyni zamanda bütün faciələrdə şəhid olmuş qardaş və bacılarımızın qisasını ədalətli və ləyaqətli formada aldılar.

Biz bu gün öz torpaqlarımızda dinc şəkildə yaşaya bilirik. Ancaq erməni xisləti heç bir zaman dayanası deyil. Hər vəchlə əllərinə fürsət düşdüyü təqdirdə Azərbaycanlılardan qisas almaq, Azərbaycanlılara qarşı soyqırım həyata keçirmək niyyətindədirlər. Bu səbəbdən də Azərbaycanın gücünə güc qatmalıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin! İnanırıq ki, ermənilər nəhayət ki, böyük güclərin tapşırıqlarını və erməni lobbisinin siyasətini yerinə yetirməkdən əl çəkəcək və Azərbaycanın çağırışlarına dəstək olacaqlar”.

Paylaş:
181

Son xəbərlər

DİN jurnalistin intiharının qarşısını alıbBu gün, 10:22Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52
Bütün xəbərlər

Next TV