Bu gəncin sizin dəstəyinizə ehtiyacı var - Onu xilas edək!

Xeyirxah insanlar, 23 yaşlı Cabarın sizin dəstəyinizə çox ehtiyacı var! O gənc yaşından çox amansız xəstəlikdən əziyyət çəkir. Biganə qalmayaq, onu xilas edək.
Bu gənc oğlan bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq!
1news.az xəbər verir ki, 23 yaşlı bu gənc oğlan Şamaxı rayonu sakini Abdurreyimov Cabar Faiq oğlu anadan gəlmə ürək qüsurundan əziyyət çəkir.
Valideynin dediyinə görə, Cabarın vəziyyəti çox pisdir. Ona təcili ürək və ağciyər köçürülməsi lazımdır. Xəstəliyinin müalicəsi isə Belarusiya, Almaniya və Hindistandadır. Əməliyyatın qiyməti isə 200.000 manatdır.
Hörmətli dostlar, KİV nümayəndələri, sadə xeyirxah insanlar! Cabara cəmiyyətimizin diqqəti və köməyi lazımdır. Dəstəyimizi göstərək, sosial şəbəkələrdə paylaşaq və xeyriyyə fondlara göndərək! Bu gənci yaşadaq!
Cabarın yaxınlarının əlaqə nömrəsi: 050-791-15-23







