Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür

19:53 - 31 / 03 / 2023
Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür

Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşmüşdür

Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Həmçinin ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırmışdır.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulmuşdur.

Paylaş:
135

Son xəbərlər

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı27 / 05 / 2023, 20:34Myanma Dövlət İdarə Şurasının Sədri Prezidentə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 18:05Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO27 / 05 / 2023, 17:52Dünən ölkədə havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub27 / 05 / 2023, 17:37Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb27 / 05 / 2023, 17:25Albaniya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 17:10Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO27 / 05 / 2023, 17:05Son sutkada Azərbaycanda koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb27 / 05 / 2023, 16:53Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib27 / 05 / 2023, 16:40Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib27 / 05 / 2023, 16:24Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib27 / 05 / 2023, 16:10Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub27 / 05 / 2023, 16:02Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub - YENİLƏNİB27 / 05 / 2023, 15:54Leonid Slutski İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:42Dmitri Savelyev Prezidenti təbrik edib27 / 05 / 2023, 15:26Corc Vella İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:14İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO27 / 05 / 2023, 15:00Bruneyin Sultanı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 14:48Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub27 / 05 / 2023, 14:36Göygöldə 67 baş mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb27 / 05 / 2023, 14:24
Bütün xəbərlər

Next TV