Gəncədə avtomobilin vurduğu piyada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə avtomobilin vurduğu piyada ölüb

14:46 - 01 / 04 / 2023
Gəncədə avtomobilin vurduğu piyada ölüb

Gəncədə piyadanın ölümü ilə nəticədən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Göygöl rayonun Quşqara kənd sakini 1986-cı il təvəllüdlü Elmir İsmaylov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada ölən piyada Göygöl rayonun Quşqara kəndində özünə məxsus "Mercedes" markalı minik maşını aşırıb. Qəzadan sağ çıxan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. Bu zaman o yolu keçmək istəyəndə onu avtomobil vurub. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər