Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

17:00 - 01 / 04 / 2023
Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

1news.az xəbər verki, bu barədə aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur:

"Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

15:18

Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı xəbər var.

1news.az "MTV xəbər"ə istinadən xəbər verir ki, bu haqda Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev danışıb. Dublyaj aktyoru Zəkinin vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Hər gün danışırıq, səhhəti ilə bağlı maraqlanırıq. Durumu yaxşılaşmağa doğru gedir. Tam sağalana kimi hospitalda qalacaq. Dilarə ilə danışırlar, bir-birlərinə dəstək olurlar. O, güclü xanımdır, tezliklə mənəvi cəhətdən toxtaqlıq tapacağına inanıram".

Paylaş:
1162

Son xəbərlər

Bütün xəbərlər