Biləsuvarda 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb - FOTO

Qafar Ağayev09:11 - 03 / 04 / 2023
Biləsuvarda 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb - FOTO

Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Belə ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Bakı şəhər sakin Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən 5 kiloqram heroin, 4 kiloqram metamfetamin, 6 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “AK-74” markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paylaş:
310

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər