Bank hesablarından 20 min manat oğurlayan şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bank hesablarından 20 min manat oğurlayan şəxs tutulub

12:16 - 03 / 04 / 2023
Bank hesablarından 20 min manat oğurlayan şəxs tutulub

Martın 28-də və 30-da bir vətəndaşın 9845 manatının, digər vətəndaşın isə 9900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN-dən 1news.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər