İlk konsept mağazasını müştərilərin xidmətinə verən CHARLES & KEITH brendi Azərbaycanda rəsmi debüt edib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk konsept mağazasını müştərilərin xidmətinə verən CHARLES & KEITH brendi Azərbaycanda rəsmi debüt edib - FOTO - VİDEO

12:31 - 04 / 04 / 2023
İlk konsept mağazasını müştərilərin xidmətinə verən CHARLES & KEITH brendi Azərbaycanda rəsmi debüt edib - FOTO - VİDEO

CHARLES & KEITH brendinin “Sahil” metrosunun yaxınlığında yerləşən ilk konsept mağazası təmkinli dəbdəbəni əks etdirən, həmçinin müştərilərə istirahət etmək və seçim prosesindən zövq almaq imkanı yaradan məkandır.

120 kv. m sahəni əhatə edən yeni butik qlobal pərakəndə satış şəbəkəsində brendin 6-cı nəsil mağaza konsepsiyasının həyata keçirildiyi sonuncu mağazadır. Burada müştərinin ətrafdakı səs-küydən uzaqlaşması və geniş məhsul seçimindən zövq alması üçün hər bir şərait yaradılmışdır. Bu mağazada qüsursuz xidmətdən həzz alaraq öz fərdi üslubunuz üzərində təcrübələr apara bilərsiniz.

Brendin minimalist estetikasına sadiqliyi qoruyaraq yaradılan yeni konsept mağazasında parlaq çalarlar və xətlər lakonik müasir görünüşü əks etdirən təmiz rəng qamması ilə ahəng təşkil edir. İnteryerin teksturasından tutmuş məhsul təqdimatına qədər brendin məqsədi ilkin gözəlliyin bərq vurmasına imkan verən məkan yaratmaq olub. Paslanmayan poladdan hazırlanan işləmələr interyerin qalan hissəsi ilə kəskin təzad təşkil edir, əhəngdaşını imitasiya edən sement işləmə isə sadəliyə və zərifliyə müasir yanaşmanı təcəssüm etdirir.

Üzeyir Hacıbəyli küçəsində yerləşən yeni mağazanı özünüz üçün kəşf edin və yeni CHARLES & KEITH buradan kolleksiyalarını əldə edin!

Qeyd edək ki, CHARLES & KEITH şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi “Cenomi Group Azerbaijan” şirkətidir.

CHARLES & KEITH brendi haqqında

Müasir dizaynın diqqətlə seçilmiş kolleksiyaları ilə tanınan CHARLES & KEITH dəb həvəskarı olan şəhər sakinləri üçün nəzərdə tutulmuş məşhur moda brendidir. Müasir tendensiyalara cavab verən universal ayaqqabılar təklif etməklə mütərəqqi qadınlara sevinc və güvən aşılamaq məqsədilə 1996-cı ildə sahibkarlar Çarlz və Keyt Vonq tərəfindən əsası qoyulmuş bu brend ayaqqabı, çanta, eynək, aksesuar və bijüteriya məhsul silsiləsinə çevrilmişdir.

Brendin 4 əsas dəyərinə (eksperimental, arzuolunan, şəfaverici və müasir) əsaslanan CHARLES & KEITH hər günü qadınlar üçün xüsusi etməyə və onları ilhamlandırmağa çalışır. Qlobal şəbəkədə 600-dən çox mağazaya malik olan CHARLESKEITH.COM brendin Amerika Birləşmiş Ştatlarında, Asiya-Sakit okean regionunda və Avropada əhatə dairəsini genişləndirir.

Reklam hüququnda

Paylaş:
762

Son xəbərlər

Bütün xəbərlər