Vüsalə Eyyubqızı RİNN-dəki vəzifəsindən ayrılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “AzInTelekom" MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Eyyubqızı işindən ayrılıb.
1news.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında məlumat yayıb.
“Çox dəyərli dostlarım, əzizlərim, həmkarlarım!
05. 04. 2023-cü il tarixdən etibarən özüm öz istəyimlə Rəqənsal İnkişaf və Nəqliyyat Nazirliyində tutduğum vəzifədən (nazirliyin rəqəmsallaşma sahəsində “AzInTelekom"MMC, " Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri ) ayrılıram. Bu 1 il ərzində Sizin dəstəyinizlə mənə göstərilən etimadı doğrultmağa çalışmışam.
Başda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev olmaqla, nazirliyin çox doğma kollektivinə dərin minnətdarlığımı bildirirəm” – deyə, V.Eyyubqızı əlavə edib.
Xatırladaq ki, V.Eyyubqızı bu vəzifəyə ötən il təyin edilmişdi.