“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı

Qafar Ağayev10:23 - 05 / 04 / 2023
“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra

durumu ilə bağlı açıqlama verib.

O, yeniyetmənin ruhi xəstə olmadığını deyib.

Paylaş:
1105

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər