Əhliman Əmiraslanov: “Təkcə tarixi abidələrimiz deyil, Ermənilər qəbirstanlıqlarımızı da dağıdıblar” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhliman Əmiraslanov: “Təkcə tarixi abidələrimiz deyil, Ermənilər qəbirstanlıqlarımızı da dağıdıblar”

Aynurə Xudaverdiyeva11:22 - 07 / 04 / 2023
Əhliman Əmiraslanov: “Təkcə tarixi abidələrimiz deyil, Ermənilər qəbirstanlıqlarımızı da dağıdıblar”

"Ermənilər tərəfindən 30 il işğal altında qalan ərazilərimizdə təkcə tarixi abidələrimiz deyil, qəbirstanlıqlarımız da dağıdılıb".

1news.az xəbər verir ki, bu sözləri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Keçirilən 9-cu iclasın əsas mövzusu Azərbaycan üçün önəmli olan məsələlərə yönəlikdir. Qərbi Azərbaycan və orada olan tarixi abidələrimizi işğal altında olmasıdır. Qərbi Azərbaycandan qaçqın düşmüş bu insanlar həmin tarixin real şahidləridir. 44 günlük zəfərdən sonra qarşımızda böyük gələcək var. Ermənilər bizim təkcə tarixi abidələrimizi deyil, həm də qəbirstanlıqlarımızı dağıdıblar. Göy məscid yanlış şəkildə fars məscidi kimi təqdim edirlər. Halbuki, məscidi inşa edən etnik azərbaycanlılar olub".

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər