Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub - FOTO

12:49 - 08 / 04 / 2023
Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Cavanşir Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, C.Muradovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər