Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTO

Qafar Ağayev13:08 - 10 / 04 / 2023
Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTO

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovla vida mərasimi keçirilir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilib.

Mərasimdə dövlət və ictimaiyyət xadimləri, mədəniyyət, elm və təhsil xadimləri, yaradıcı ziyalılar və gənclər, mərhumun ailə üzvlər, qohumları və dostları iştirak edirlər.

Qeyd edək ki, Azərpaşa Nemətov ötən gün 76 yaşında dünyasını dəyişib.

Paylaş:
482

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər