Əfsanəvi Corolla-nın yenilənmiş versiyası və yepyeni Corolla Cross modeli sevənləri ilə görüşdü! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfsanəvi Corolla-nın yenilənmiş versiyası və yepyeni Corolla Cross modeli sevənləri ilə görüşdü! - FOTO

11:17 - 10 / 04 / 2023
Əfsanəvi Corolla-nın yenilənmiş versiyası və yepyeni Corolla Cross modeli sevənləri ilə görüşdü! - FOTO

28 mart Gürcüstanın Acarıstan bölgəsində yenilənmiş Toyota Corolla və Toyota ailəsinin tam yeni üzvü Corolla Cross avtomobilsevənlərlə görüşüb.

Burada “Hər kəs üçün Corolla” şüarı altında təqdim edilən, üslub, texnologiya, performans və sürüş cazibəsini gücləndirən 2023 modelləri barədə ətraflı məlumat verilib. Təqdimatda Azərbaycan deleqasiyasından avto və “lifestyle” bloggerlər iştirak edib. Tədbir zamanı iştirakçılara 12-ci nəsil Corolla dizaynının eksteryer və interyer yeniləmələri barədə detallı məlumatlar tədqim olunub. Daha sonra C-SUV sinfinə aid, ailənin yeni üzvü Corolla Cross modeli barədə danışılıb. Məlumatlandırma tamamlandıqdan sonra dəvətli qonaqlar iki yeni avtomobilin test yürüşündə iştirak ediblər. İştirakçıların yenilənmiş Toyota Corolla-nın fərqlərini hiss etməsi üçün yürüşdə köhnə modeldən də istifadə edilib.

Yenilənmiş Corolla üslub, texnologiya, performans və sürücülük həzzini gücləndirir!

Zamanla uyğunlaşmaq Corolla modellərinin prioritetlərindəndir. Yarım əsrdən çoxdur sürücülərin ehtiyac və seçimlərini nəzərə alan bu model dəyişikliklərlə rahat şəkildə ayaqlaşır. 1966-cı ildən bəri 12 nəsil təqdim edən Corolla bu yolla 50 milyondan çox satış rekordu əldə edib.

Yenilənmiş Corolla modeli sürücülük həzzini yeni eksteryer xüsusiyyətləri, təqdim etdiyi rəng seçimləri, dizaynı, uyğunlaşdırılmış interyer bəzək, üzlük və bitirişləri ilə daha da gücləndirir. Bu avtomobil daha çox güc, daha çox sürücülük təcrübəsi və performans təmin edən yeni beşinci nəsil Toyota hibrid elektrik texnologiyasına malikdir. Dörd müxtəlif rejimdə fərdiləşdirilən 12,3 düymlük kombimetr və yeni, tam ölçülü 10,5 düymlük multimedia ekranı ilə sürücülərə təkmilləşdirilmiş rəqəmsal istifadəçi təcrübəsi təqdim edir.

1,8 litrlik hibrid mühərrikin ümumi gücü artıq 140 DIN at gücünə bərabərdir. Bu da 0-100 km/saat sürətini 1,7 saniyəlik azalma ilə 9,2 saniyəyə salır. Bu performans artımına baxmayaraq, CO2 emissiyasının dəyişməyib 102 q/km olması gözlənilir.

Praktik ailə avtomobili, yepyeni Toyota Cross modelini qarşılayın!

Reklam hüququnda

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər