M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir

10:53 - 10 / 04 / 2023
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir.

Bu barədə 1news.az-a MDU-nun Bakı filialından məlumat verilib.

“Açıq qapı” günü abituriyentlər:

- 2023/2024-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialın Filologiya, Tətbiqi-riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavriat və magistratura pillələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü aprelin 15-də saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 133 (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında).

Tədbir bitdikdən sonra (saat 16:00-da) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər