Goranboyda fermadan silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda fermadan silah-sursat aşkarlanıb

12:13 - 13 / 04 / 2023
Goranboyda fermadan silah-sursat aşkarlanıb

Goranboyda fermadan silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib və oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırıcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər