“Formula 1”-ə nəzarət edəcək polislərə tapşırıqlar verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula 1”-ə nəzarət edəcək polislərə tapşırıqlar verilib - FOTO

14:58 - 22 / 04 / 2023
“Formula 1”-ə nəzarət edəcək polislərə tapşırıqlar verilib - FOTO

Aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Paylaş:
869

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər