“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 201 kiloqram işlənmiş batareya toplanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 201 kiloqram işlənmiş batareya toplanıb

Qafar Ağayev15:57 - 24 / 04 / 2023
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 201 kiloqram işlənmiş batareya toplanıb

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Müdafiə Sənayesi Nazirliyindən, “Araz” marketlər şəbəkəsinin Yasamal və Sumqayıt filiallarından ümumilikdə 55 kiloqram işlənmiş batareya toplanılaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) feysbuk səhifəsinə istinadla xəbər verir ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilmiş layihə çərçivəsində ilin ötən dövrü ərzində 201 kiloqram işlənmiş batareya toplanıb.

Həmin layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.

Nazirlik hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.

Paylaş:
421

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər