Sumqayıtda top mərmisi və aviabomba qalıqları aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda top mərmisi və aviabomba qalıqları aşkarlandı - FOTO

Qafar Ağayev10:23 - 24 / 04 / 2023
Sumqayıtda top mərmisi və aviabomba qalıqları aşkarlandı - FOTO

Sumqayıtda küçədə hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 mm-lik top mərmisi və 13 ədəd TAB-7 aviabombanın qırıntıları olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
563

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər