Nərimanov rayonunda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev11:05 - 24 / 04 / 2023
Nərimanov rayonunda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər verildiyi kimi aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1998-ci il təvəllüdlü Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.

Paylaş:
374

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər