“McDonald’s Azərbaycan” Sumqayıtın yaşıllaşdırılmasına töhfə verib: Şirkətin əməkdaşları ağacəkmə aksiyası keçiriblər! - FOTO
“McDonald’s Azərbaycan” şirkəti Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib.
Yaşıllaşdırma aksiyası Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin Bulvar adlanan ərazisində həyata keçirilib. Şirkətin 50-dən çox əməkdaşının iştirak etdiyi tədbir çərçivəsində 300-dən çox zeytun tingi əkilib. Sərinlik və kölgə yaradan zeytun ağacları isti havaya qarşı dözümlülüyünə görə Abşeronun iqlimi üçün idealdır.
Qeyd edək ki, bu, “McDonald's”ın Azərbaycanda həyata keçirdiyi ilk belə aksiya deyil. Daha əvvəl şirkətin əməkdaşları Bakının Səbail rayonunda ağacəkmə aksiyası keçiriblər.
Bu cür təşəbbüslərin əsas məqsədi ölkəmizdə “yaşıl” zonaları genişləndirmək, ağac əkilməsini təbliğ etmək və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Ətraf mühitə qayğı və cəmiyyətdə fəal iştirak şirkətin biznesinin davamlı inkişafının əsasını təşkil edir.
Sumqayıt sakinləri üçün şad xəbərlərimiz bununla bitmir. Belə ki, yaxın aylarda şəhərin tam mərkəzində, Göyərçin parkının ərazisində yeni “McDonald's” restoranı açılacaq. Şəhərin ikinci “McDonald's” restoranında müştərilərə “McCafe” xidməti də göstəriləcək. Yeni restoranın açılması ilə 80-dən çox yeni iş yeri yaradılacaq, şəhərin infrastrukturunun inkişafına əlavə töhfə veriləcək.