Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb

12:31 - 26 / 04 / 2023
Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb

Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.

Paylaş:
447

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər