Tam yeni Lexus RX - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tam yeni Lexus RX - FOTO

09:29 - 27 / 04 / 2023
Tam yeni Lexus RX - FOTO

Lexus modelin ənənəvi irsinə əsaslanaraq onun imkanlarının genişliyini artırmaq və daha geniş müştəri bazasını cəlb etmək məqsədi ilə yeni dizayn və texnologiya sərhədlərini aşaraq RX böyük lüks SUV modelinin tamamilə yeni variantını hazırladı.

1998-ci ildə orijinal RX modeli lüks yönümlü SUV çeşidləri üçün bazar seqmentini yaratdı. Həmin vaxtdan etibarən isə mütəmadi olaraq inkişaf etdi, xüsusilə də, 2005-ci ildə RX 400h modelinin satışa çıxarılması ilə premium bazarda ilk elektrikləşmiş model oldu. Hazırda bu model 300000-i Avropda olmaqla ümumi 3,5 milyon satışla Lexus-un qlobal əsas modeli olaraq öz yerini tutmuşdur. Tamamilə yenilənmiş beşinci nəsil model çeşidi bu mövqeyi daha da gücləndirəcək, Lexus-un dizayn və texnologiya mükəmməlliyinə görə nüfuzunu artıracaqdır.

Lexus yeni RX üçün yeni “Növbəti Fəsil” dizayn dilini, eləcə də yeni “ barmaqlıq korpusu” işləyib hazırlamışdır, bu da radiator barmaqlığı konseptini avtomobilin ön hissəsinə inteqrasiya etməklə əldə olunmuşdur. RX komandası RX olduğu dərhal bəlli olan, lakin daha dinamik, eleqant və zərif görünüşə malik avtomobil istehsal etmək üçün modelin zəngin dizayn irsindən də ilhamlandı.

Modelin içərisində olan sürücü mərkəzli “Tazuna” kabinəsi “əllər sükanda, gözlər yolda” prinsipinə əməl etməklə əsas diqqəti sürücünün avtomobili birbaşa, intuitiv idarə etməsinə yönəldir. Bu model, həmçinin “Hey Lexus” bort köməkçisi, 14 düymlük sensor ekranı və Lexus Link smartfon tətbiqindən istifadə etməklə əldə edilə bilən uzaqdan idarəetmə funksiyalarına malik olan yeni Lexus Link Multimedia sistemi ilə təkmilləşdirilmiş intuitiv və aydın tərtibatı ilə sürücülük təcrübəsini artırır.

Tünd kontrastlarla daha parlaq səth üçün Lexus-un qabaqcıl sonik boya texnologiyasından istifadə edən bir neçə seçimdən biri olan yeni Sonic Copper modeli də daxil olmaqla doqquz rəng çeşidi mövcuddur. Təkər seçimlərinə isə modelin dinamik və güclü görünüşünə əlavə olaraq RX üçün əvvəlkindən daha böyük təkərlər olan yeni 21 düymlük lehimli təkər diskləri daxildir.

Yeni RX üç müxtəlif elektrikləşdirilmiş mühərrik növləri ilə təhciz olacaq. RX 350h hibrid, dizel və benzin mühərriklərini azaltmaq üçün effektiv alternativ kimi hazırlanıb. Daha həyəcanverici performans axtarışında olan müştərilər üçün Lexus ilk turbomühərrikli hibridini, DIRECT4 əyləc idarəetmə sisteminə malik olan RX 500h modelini təqdim edir. Həmçinin, Lexus RX 350 modelində mövcud olan 3,5 litrlik mühərrikdən daha yüksək performans təmin edən yeni 2,4 litrlik benzin turbomühərrikini təklif edir.
Lexus-un Yeni RX və digər modelləri ilə daha yaxından tanış olmaq üçün Lexus Bakı mərkəzinə müraciət edə bilərsiniz.

F. Bayramov küç., 33A, Bakı, Azərbaycan.

Telefon: +994 12 490 50 50

www.lexus.az

Reklam hüququnda

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər