Şüvəlanda evdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda evdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Qafar Ağayev10:44 - 27 / 04 / 2023
Şüvəlanda evdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7000 manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırm aparılır.

Paylaş:
863

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər