Şamaxıda abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub - FOTO

Qafar Ağayev10:49 - 27 / 04 / 2023
Şamaxıda abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub - FOTO

Şamaxı Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda görüş keçirilib.

Qurumdan 1news.az-a verilən məlumata görə, Daşınmaz tarix-mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə keçirilən görüşdə hər iki qurumun əməkdaşları, bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayon ərazisində yerləşən abidələrin mühafizəsi, bərpa və konservasiyası istiqamətində görülən işlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, son illər bu sahədə həyata keçirilən tədbirlər rayonun tarixi simasının qorunmasına xidmət edir.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva zəngin tarixi irsi olan Şamaxı rayonda yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti bütün dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulacağını diqqətə çatdırıb.

Həmçinin görüşdə mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.

Tədbirdə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və Şamaxı rayonunda yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Toplantıdan sonra Şamaxı rayonunda yerləşən “Pir Ömər Avaxıl” ziyarətgahı, Şahxəndan türbəsi, “Yeddi günbəz” və “Kələxana” türbələr komplekslərinə baxış keçirilib. Rayon ərazisində yerləşən abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədləri ilə istifadəsi istiqamətində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
348

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər